TÜRKPA-dan türk dövlətlərinin gələcəyi ilə bağlı mühüm mesaj
Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Türk dünyasında dialoq və əməkdaşlığın inkişafına töhfə verib.
Crossmedia.az xəbər verir ki, bu sözləri TÜRKPA-nın Baş katibi Ramil Həsənin qurumun təsis edilməsinin 18-ci ildönümü münasibətilə təbrikində qeyd olunub.
Baş katib ötən illər ərzində TÜRKPA-nın parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, milli qanunvericiliklərin yaxınlaşdırılması və qarşılıqlı maraq kəsb edən sahələrdə model qanunların hazırlanması istiqamətində mühüm rol oynadığını diqqətə çatdırıb.
"Assambleya institusional mexanizmlər, seçki müşahidə fəaliyyəti, habelə regional və beynəlxalq parlament təşkilatları ilə əməkdaşlıq vasitəsilə türk dünyasında parlamentlərarası dialoqun və əməkdaşlığın daha da inkişafına töhfə verib".
Ramil Həsən qeyd edib ki, TÜRKPA parlament həmrəyliyinin daha da gücləndirilməsi, türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi, habelə parlament diplomatiyası vasitəsilə regionda və onun hüdudlarından kənarda sülhün, sabitliyin və davamlı inkişafın təşviqinə töhfə verilməsi istiqamətində öz fəaliyyətini davam etdirir.(Report)
12:12 21.11.2026
Oxunuş sayı: 39