Türkiyə ICAO Şurasına üzv seçilib
Türkiyə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurasına Avropa regionundan üzv seçilib.
Crossmedia.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, seçkilər noyabrın 19-20-də Kanadanın Monreal şəhərində keçirilən ICAO Assambleyasının 43-cü fövqəladə sessiyası çərçivəsində baş tutub.
Türkiyə 158 səsdən 133-nü toplayaraq 2026-2028-ci illər üçün ICAO Şurasına üzvlük hüququ qazanıb.
Ankara bəyan edib ki, Türkiyə beynəlxalq mülki aviasiyanın təhlükəsiz və dayanıqlı inkişafına, eləcə də ICAO çərçivəsində əməkdaşlığın gücləndirilməsinə töhfə verməyə davam edəcək.
Qeyd edək ki, Türkiyə Beynəlxalq Mülki Aviasiya Təşkilatının təsisçi üzvlərindən biridir.
ICAO-nun məlumatına görə, keçirilən seçkilərdə Türkiyə ilə yanaşı, Efiopiya, İndoneziya və Oman da Şuraya üzv seçilib.
Bununla da təşkilatın idarəetmə orqanı olan Şuranın üzvlərinin sayı 36-dan 40-a yüksəlib.
11:15 21.11.2026
Oxunuş sayı: 42