Bakıda futbol oynayan 74 yaşlı kişi qəfil ölüb
Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 74 yaşlı kişi futbol oynayarkən ölüb.
Crossmedia.az xəbər verir ki, qəsəbə ərazisində yerləşən stadionların birində futbol oynayan 1952-ci il təvəllüdlü Yusif Hüseynbala oğlu Əliyev infarktdan ölüb.
Araşdırma aparılır.(Report)
10:59 21.11.2026
Oxunuş sayı: 48