Azərbaycan cüdoçuları dünya çempionatında növbəti mərhələyə yüksəlib
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycanın iki idmançısı 1/8 finala yüksəlib.
Crossmedia.az xəbər verir ki, yarışın son fərdi günündə 90 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov 1/16 finalda özbəkistanlı İnomjon Baxodirova uduzaraq mübarizəni dayandırıb.
Eyni çəkidə çıxış edən Aslan Kotsoyev isə əvvəlcə Dilşod Naşirova qalib gəlsə də, növbəti görüşdə rusiyalı Ademirkan Tambiyevə məğlub olub.
100 kq-da Canpolad Əliyev ilk görüşündə ukraynalı İvan Harmaşı məğlub edərək 1/16 finala yüksəlib. Lakin bu mərhələdə rusiyalı Vladimir Dosyaka ilə qarşılaşmadan məğlub ayrılıb. Eyni çəkidə mübarizə aparan Davud Namazlı isə qırğızıstanlı Fadil Məhəmməd İsmaqombetova qalib gələrək 1/8 finala vəsiqə qazanıb.
+100 kq çəki dərəcəsində çıxış edən Ramazan Əhmədov da monqolustanlı Temuulen Munxçuluunu ipponla məğlub edərək növbəti mərhələyə yüksəlib.
Beləliklə, Davud Namazlı və Ramazan Əhmədov 1/8 finalda mübarizəni davam etdirəcəklər.
Qeyd edək ki, Azərbaycan millisi ilk iki yarış gününü bir bürünc medalla başa vurub. Həmin mükafatı 66 kq çəki dərəcəsində Məhəmməd Musayev qazanıb.
11:02 21.11.2026
Oxunuş sayı: 40