Braziliyanın sabiq Prezidenti xəstəxanaya yerləşdirilib
Braziliyanın sabiq Prezidenti Jair Bolsonaro qarın nahiyəsində şiddətli ağrılar səbəbindən xəstəxanaya yerləşdirilib.
Crossmedia.az xəbər verir ki, sabiq Prezidentin oğlu Karlos Bolsonaro bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, noyabrın 20-də atasının səhhəti pisləşib və o, Braziliya şəhərində yerləşən “DF Star” xəstəxanasına aparılıb.
Həkimlərin müayinəsi zamanı 71 yaşlı Bolsonaroda bağırsaq keçməzliyi aşkarlanıb.
Xəstəxananın açıqlamasına əsasən, sabiq Prezidentdə güclü qarın ağrıları və şişkinlik müşahidə olunub. O, əlavə müayinələrin aparılması və diaqnozun dəqiqləşdirilməsi məqsədilə xəstəxanada saxlanılıb.
Qeyd edək ki, Jair Bolsonaro 2022-ci il prezident seçkilərində məğlubiyyətindən sonra dövlət çevrilişinə cəhddə iştirakına görə 27 il həbs cəzasına məhkum edilib. O, 2025-ci ilin noyabrından cəzasını çəkir.
12:05 21.11.2026
Oxunuş sayı: 44