Türkiyədə cənazə aparan mikroavtobus qəzaya uğrayıb
Türkiyənin Amasya vilayətində dəfn mərasimində iştirak etmək üçün yola çıxan şəxsləri daşıyan mikroavtobusun aşması nəticəsində 14 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, Türkiyə mətbuatı bu barədə məlumat yayıb.
Hadisə saat 08:00 radələrində Amasya vilayətinin Göynücək rayonunda baş verib.
Məlumata görə, İstanbuldan yola düşən və dəfn mərasiminə gedən şəxsləri daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində nəqliyyat vasitəsində olan 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
13:23 21.11.2026
Oxunuş sayı: 52