ABŞ naziri: Avropa Putinə Zelenskidən daha çox pul göndərib
ABŞ-nin maliyyə naziri Skott Bessent Avropa ölkələrinin Rusiyadan neft alaraq Moskvaya Ukraynaya göstərdikləri maliyyə yardımından daha çox vəsait ödədiklərini iddia edib.
Crossmedia.az xəbər verir ki, “Newsmax” telekanalı bu barədə məlumat yayıb.
Müsahibə zamanı jurnalist Avropanın Rusiyanı iqtisadi və siyasi baxımdan təcrid etməyə çalışmasına baxmayaraq, Rusiya enerji resurslarının alışını davam etdirməsində ziddiyyət olduğunu bildirib.
Bessent jurnalistin fikri ilə razılaşaraq Avropa ölkələrinin Rusiya neftini almaqla Moskvanı maliyyələşdirdiyini vurğulayıb.
“Avropalılar Putinə Zelenskiyə göndərdiklərindən daha çox pul göndəriblər”, – deyə ABŞ-nin maliyyə naziri bildirib.
Onun sözlərinə görə, Avropa ölkələrinin Rusiya enerji resurslarından istifadəni davam etdirməsi Moskvaya iqtisadi gəlir gətirir.
Bessent hesab edir ki, bu vəziyyət Avropanın Rusiyaya qarşı tətbiq etdiyi təzyiq siyasəti ilə ziddiyyət təşkil edir.
Qeyd edək ki, nazirin səsləndirdiyi müqayisə onun öz qiymətləndirməsidir. Müsahibədən təqdim olunan hissədə iddianı əsaslandıran konkret maliyyə göstəriciləri açıqlanmayıb.
14:34 21.11.2026
Oxunuş sayı: 46