Filippində sərnişin təyyarəsi təcili eniş edib
Filippində sərnişin təyyarəsi mühərrikdə yanğın təhlükəsi barədə xəbərdarlıq səbəbindən təcili eniş edib. Göyərtədə olan 146 nəfərin hamısı təhlükəsiz şəkildə təxliyə olunub.
Crossmedia.az xəbər verir ki, “Associated Press” agentliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, “Air Niugini” aviaşirkətinə məxsus “Boeing 767-383ER” tipli sərnişin təyyarəsi Honqkonqdan Papua-Yeni Qvineyanın paytaxtı Port-Morsbiyə uçuş həyata keçirirmiş.
Uçuş zamanı təyyarənin sağ mühərrikində mümkün yanğın barədə xəbərdarlıq siqnalı işə düşüb. Bundan sonra pilotlar marşrutu dəyişərək Filippinin Davao Beynəlxalq Hava Limanına təcili eniş etmək qərarına gəliblər.
Təyyarə noyabrın 21-də yerli vaxtla saat 00:08 radələrində hava limanına təhlükəsiz eniş edib.
Filippinin Mülki Aviasiya İdarəsinin məlumatına görə, təyyarədə 137 sərnişin və 9 ekipaj üzvü olub.
Enişdən sonra sərnişinlər və ekipaj üzvləri təcili təxliyə üçün nəzərdə tutulmuş şişmə pilləkənlər vasitəsilə təyyarədən çıxarılıblar.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
16:30 21.11.2026
Oxunuş sayı: 44