Zelenski: Rusiya sülh danışıqlarını gecikdirməyə çalışacaq
Ukrayna Prezidenti Volodimir Zelenski növbəti sülh danışıqlarının tarixinin ABŞ-nin görüşün gündəliyini bütün tərəflərlə nə vaxt razılaşdıracağından asılı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, “İnterfaks-Ukrayna” agentliyi bu barədə məlumat yayıb.
Zelenski noyabrın 21-də verdiyi açıqlamada Vaşinqtonun növbəti görüşün mümkün qədər tez keçirilməsinə çalışacağını düşündüyünü qeyd edib.
Onun fikrincə, Moskva isə danışıqlar prosesini uzatmağa və görüşün tarixini təxirə salmağa cəhd göstərəcək.
Ukrayna lideri vurğulayıb ki, görüşün vaxtının müəyyənləşdirilməsi üçün ABŞ tərəfi danışıqların gündəliyini bütün iştirakçılarla razılaşdırmalıdır.
Qeyd edək ki, Zelenski daha əvvəl müharibənin dayandırılması ilə bağlı növbəti danışıqların Ukrayna, ABŞ, Rusiya və Avropa nümayəndələrinin iştirakı ilə dördtərəfli formatda keçirilməsini təklif edib.
Hələlik növbəti görüşün dəqiq tarixi açıqlanmayıb.
16:40 21.11.2026
Oxunuş sayı: 43