Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Davud Namazlı Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.
Crossmedia.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan idmançı üçüncü yer uğrunda görüşdə Nikoloz Zaalişviliyə (Gürcüstan) qalib gəlib.
Xatırladaq ki, gənclər arasında dünya çempionatı noyabrın 22-də başa çatacaq.
17:20 21.11.2026
Oxunuş sayı: 46