Finlandiya körfəzində Rusiyanın yük gəmisinə iki PUA ilə hücum edilib
Finlandiya körfəzində pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalan Rusiya yük gəmisinin heyətinin təxliyəsinə ehtiyac yaranmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib.
Onun sözlərinə görə, gəmi heyətinin bildirişinə əsasən, təxliyə tədbirlərinə ehtiyac yoxdur və gəmidə vəziyyət nəzarət altındadır.
Qubernator qeyd edib ki, ekipaj zəruri işləri həyata keçirir və gəminin marşrut üzrə hərəkətini bərpa etməyi planlaşdırır.
Məlumata görə, noyabrın 21-də Rusiya sərhədindən təxminən 5,5 kilometr məsafədə, beynəlxalq sularda yük gəmisinə iki pilotsuz uçuş aparatı ilə hücum edilib. Kalininqrada doğru hərəkət edən gəmi hücuma məruz qalıb.
Bundan əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov Baltik dənizində Qərbin təxribat xarakterli fəaliyyətinin artdığını bildirmişdi. O, Qərb ölkələrinin Kalininqradın blokadasına dair planlarının fəlakətə səbəb ola biləcəyini iddia edib.
21:27 21.11.2026
Oxunuş sayı: 45