Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Yeni Dehlidə keçirilən ŞƏT-in Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində noyabrın 21-də Nepalın mədəniyyət, turizm və mülki aviasiya naziri Xadak Rac Paudel ilə görüşüb.
Mədəniyyət Nazirliyindən Crossmedia.az-a daxil olan məlumata görə, söhbət zamanı Azərbaycan ilə Nepal arasında mədəni əlaqələrin perspektivləri müzakirə olunub.
Tərəflər mədəniyyət sahəsində əməkdaşlığa dair hüquqi bazanın yaradılması imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
17:49 21.11.2026
Oxunuş sayı: 69