Finlandiya Rusiyanı hava məkanını pozmaqda ittiham edib
Finlandiya Rusiyaya məxsus helikopterin ölkənin hava məkanını pozduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Reuters” agentliyinin məlumatına görə, insident Finlandiya körfəzində daha əvvəl zədələnmiş yük gəmisinin yaxınlığında aparılan xilasetmə və ya müşahidə əməliyyatı ilə əlaqəli ola bilər.
Bundan əvvəl Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko Finlandiya körfəzinin neytral sularında, Rusiya sərhədindən təxminən 5,5 kilometr məsafədə iki pilotsuz uçuş aparatının yük gəmisinə hücum etdiyini bildirmişdi.
Onun sözlərinə görə, Kalininqrada doğru hərəkət edən gəminin heyəti təxliyə olunur. Hadisənin nəticələri araşdırılır.
İnsidentdən sonra Finlandiya körfəzinin şərq hissəsində uçuş məhdudiyyətləri də uzadılıb.
19:25 21.11.2026
Oxunuş sayı: 37