Britaniya kral ailəsinin həkimi evində ölü tapıldı
Böyük Britaniya kral ailəsinin həkimi öz evində öldürülüb.
Crossmedia.az xəbər verir ki, “The Sun” bu barədə məlumat yayıb.
Hadisə oktyabrın 4-də kral ailəsinin Sandrinqem malikanəsinin yaxınlığında yerləşən Dersinqem kəndində baş verib. Ölən şəxsin meyitinə baxış zamanı başının sağ tərəfində küt travma, eləcə də boyun nahiyəsinin sıxılmasına işarə edə biləcək xəsarət aşkarlanıb.
“The Independent” yazır ki, hadisə ilə bağlı cinayət işi başlanıb. Qətldə şübhəli bilinən 45 yaşlı Mark Keyn – həlak olan Hanna Terrinin həyat yoldaşı saxlanılıb və ona rəsmi ittiham irəli sürülüb.
Böyük Britaniya kralı III Çarlz və kraliça Kamillaya həkimlərinin ölümü barədə məlumat verilib.
20:26 07.10.2026
Oxunuş sayı: 60