Rusiyada mühüm neft qovşağına dronlarla yenidən zərbə endirildi
Rusiyanın Samara vilayətində yerləşən “Samara” xətti istehsalat dispetçer stansiyasına (LPDS) dronlarla yenidən zərbə endirildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, monitorinq qrupları zərbədən sonra “Samara” LPDS-də genişmiqyaslı yanğın baş verdiyini açıqlayıb.
“Samara” LPDS Rusiyanın mühüm neft nəqli qovşaqlarından biri hesab olunur. Burada xam neft qəbul edilir, saxlanılır və nəql olunur. Rusiya nefti burada ixrac markası olan “Urals” səviyyəsinə uyğunlaşdırılaraq neft emalı zavodlarına, Novorossiysk limanına və “Drujba” neft kəməri vasitəsilə müxtəlif istiqamətlərə göndərilir.
Stansiyanın ərazisində Avropanın ən böyük neft çənləri parklarından birinin yerləşdiyi bildirilir.
21:40 07.10.2026
Oxunuş sayı: 49