Kosmosla bağlı mühüm qərar: MDB ölkələri razılığa gəldi
MDB ölkələrinin xarici işlər nazirləri kosmosda silahlanma yarışından imtina edilməsini və bunun qarşısının alınmasına yönəlmiş praktiki addımların dəstəklənməsini təsdiqləyiblər.
Crossmedia.az xəbər verir ki, “Rusiya XİN” bu barədə məlumat yayıb.
Müvafiq bəyanat MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında qəbul edilib. İclas MDB-yə sədrlik edən Türkmənistanın təşəbbüsü ilə ölkənin “Avaza” Milli Turizm Zonasında keçirilib.
“Rusiya XİN”in məlumatına görə, nazirlər kosmik fəzada silahlanma yarışının qarşısının alınmasına yönəlmiş praktiki addımların dəstəklənməsi barədə bəyanat qəbul ediblər.
Bundan əlavə, 2027-ci il üçün MDB çərçivəsində xarici işlər nazirlikləri arasında çoxsəviyyəli məsləhətləşmələr planı təsdiqlənib.
Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin Ukrayna məsələsi üzrə üçtərəfli görüşün keçirilməsi ilə bağlı Moskvanın mövqeyini anlayışla qarşıladığını açıqlamışdı.
22:21 07.10.2026
Oxunuş sayı: 59