Kiyevdə yeni partlayışlar baş verdi: Elektrik və su təchizatı dayandırılıb
Kiyevdə elektrik və suyun kəsilməsindən sonra yeni partlayışlar baş verib
Kiyevdə oktyabrın 7-də axşam saatlarında elektrik və su təchizatının dayandırılmasından sonra yeni partlayış səsləri eşidilib.
Crossmedia.az xəbər verir ki, “Strana.ua” bu barədə Telegram kanalında məlumat yayıb.
Partlayışların sayı və nəticədə hansı infrastruktur obyektlərinin zərər gördüyü barədə məlumat verilməyib.
Qeyd edək ki, oktyabrın 7-nə keçən gecə Kiyevdə hərbi və enerji infrastrukturu obyektlərinə zərbələr endirildiyi bildirilib. İlkin məlumatlara görə, Kiyev vilayətinin ən güclü elektrik stansiyası olan Tripolsk İES də zərbələrə məruz qalıb.
Həmin gün axşam saatlarında Kiyevdə partlayışlardan sonra elektrik və su təchizatı kəsilib. İlkin ehtimala görə, pilotsuz uçuş aparatlarının qalıqları elektrik xətlərinin üzərinə düşüb.
21:55 07.10.2026
Oxunuş sayı: 48