Bir əsr sonra sensasiya: Alimlər nəhəng meteoritin izlərini tapdılar
Rusiyalı alimlər 1918-ci ildə Saratov vilayətinə düşən böyük meteoritin izlərini aşkar edərək araşdırıblar.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Rusiya Elmlər Akademiyasının alimləri Lomonosov adına Moskva Dövlət Universiteti, Tambov Dövlət Texniki Universiteti və Saratov aqlomerasiyasının İnkişaf Mərkəzinin mütəxəssisləri ilə birlikdə “Saratov” meteoritinin müasir torpaqlarda qalan mikrofraqmentlərini tədqiq ediblər.
Nümunələr Saratov vilayətinin Bazarno-Karabulak rayonundakı Belaya Qora kəndi ətrafından götürülüb. Alimlərin fikrincə, 1918-ci il oktyabrın 6-da baş verən meteorit yağışının düşdüyü ərazi məhz buradır.
Tədqiqat zamanı torpaqda hematit oksidləri ilə örtülmüş maqnetitin bucaqvari fraqmentləri, həmçinin kvars, kalium çöl şpatları və amfibollar aşkarlanıb. Alimlər bildiriblər ki, kosmik cismin düşməsindən 100 ildən çox vaxt keçsə də, onun izlərini mikrofraqmentlər səviyyəsində aşkar etmək mümkündür.
Tədqiqatçılar meteorit yağışının sərhədlərini daha dəqiq müəyyənləşdirmək üçün araşdırmaları davam etdirəcəklər.
Qeyd edək ki, 1918-ci ildə Saratov vilayətinə “Saratov” adlandırılan böyük xondrit meteorit düşüb. Atmosferdə üç hissəyə parçalanan meteoritin təxminən 640 kiloqram ağırlığında olan bir hiss
22:02 07.10.2026
Oxunuş sayı: 52