Ermənistan Rusiya ilə dəmir yolu sazişindən çıxa bilər
Ermənistan Rusiya ilə dəmir yollarının idarə olunması barədə sazişi ləğv edə bilər.
Crossmedia.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə açıqlama verib.
Paşinyanın sözlərinə görə, Ermənistanın Rusiya ilə dəmir yollarının idarə olunmasına dair konsessiya sazişini ləğv etmək üçün hüquqi əsasları var. Bununla belə, İrəvan məsələni “ultimatum dili” ilə həll etmək niyyətində deyil.
Ermənistan hökuməti dəmir yollarının idarə edilməsinin həm Rusiya, həm də Ermənistan üçün məqbul olacaq üçüncü ölkəyə verilməsi variantını da nəzərdən keçirir.
Paşinyan bildirib ki, bu yanaşma tərəflər arasında razılaşma əldə olunmasına imkan verə bilər.
21:05 07.10.2026
Oxunuş sayı: 53