Heqset İsrailə səfərini ləğv etdi
ABŞ-nin müdafiə naziri Pit Heqsetin çərşənbə gününə planlaşdırılan İsrail səfəri ləğv edilib.
Crossmedia.az xəbər verir ki, "The Jerusalem Post" bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Pit Heqset səfər çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats ilə danışıqlar aparmalı idi.
Qəzetin yazdığına görə, səfərin ləğv edilməsinə səbəb ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlaması olub.
17:09 08.07.2026
Oxunuş sayı: 39