Polşada Ukraynaya gizli “Patriot” raketlərinin verilməsi iddiası müzakirə olunur
Polşada Ukraynaya “Patriot” raketlərinin parlamentin xəbəri olmadan ötürülməsi ilə bağlı iddialar siyasi müzakirələrə səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Polşa Seyminin vitse-spikeri Krzıştof Bosak bildirib ki, Kiyevə “Patriot” raketlərinin parlamentin məlumatı olmadan verilməsi ilə bağlı yayılan xəbərlər qanunvericilər arasında suallar doğurur.
Onun sözlərinə görə, gələcəkdə Polşa istehsalı olan hərbi texnikanın və silahların xaricə ixracı yalnız deputatların razılığı ilə həyata keçirilməlidir. Bu məqsədlə qanunvericiliyə dəyişiklik edilməsini təklif edib.
Polşa Prezident Administrasiyasının rəhbəri Zbiqnev Boqutski isə hökumətin sövdələşməni dövlət başçısının iştirakı olmadan həyata keçirmiş ola biləcəyini bildirib. O, bunu daha əvvəl aviasiya texnikasının xaricə verilməsi ilə bağlı hallarla müqayisə edib.
Hazırda Polşa rəsmiləri səsləndirilən iddialarla bağlı ətraflı rəsmi açıqlama verməyiblər. Ölkədə hərbi yardım və silah tədarükünə nəzarət mexanizmləri ətrafında siyasi müzakirələr davam edir.
15:07 05.07.2026
Oxunuş sayı: 62