Britaniya müxalifətindən sosial yardımlara sərt çağırış: “Yardım həyat tərzi deyil”
Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının lideri Kemi Badenok sosial yardımların insanların həyat tərzinə çevrilməməli, yalnız ehtiyac zamanı dəstək mexanizmi kimi fəaliyyət göstərməli olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Badenok bu barədə BBC-nin Laura Künssberqə müsahibəsində danışıb.
“Mən sağlam düşüncəyə, insanların səylə çalışmasına və bunun qarşılığında mükafatlandırılmasına inanıram”, - deyə Badenok bildirib. O, sosial yardımların “həyat tərzi deyil, təhlükəsizlik şəbəkəsi” olmalı olduğunu vurğulayıb.
Badenok partiyasının siyasi rəqabətin güclü olduğu bir mühitdə fərqlənməsinə çalışır. Mühafizəkarlar 2024-cü il parlament seçkilərindəki tarixi məğlubiyyətdən sonra mövqelərini bərpa etməyə çalışır.
Mühafizəkarlar Partiyasının lideri “Reform UK” lideri Naycel Faracı “əsəbi baba”, Əmək Partiyasının lideri Endi Börnhəmi isə “ata zarafatlarının hamısını edən şit əmi” adlandırıb.
19:41 04.10.2026
Oxunuş sayı: 52