İran ABŞ-la danışıqları təsdiqlədi
İran parlamentinin sədr müavini Həmidzadə Hacı-Babai Tehranla Vaşinqton arasında hazırda danışıqların aparıldığını təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, İran parlamentinin sədr müavini Həmidzadə Hacı-Babai bu barədə açıqlama verib.
Onun sözlərinə görə, ABŞ-lə əvvəlki danışıqlar nəticə verməyib və bunun səbəbi Vaşinqtonun Tehranla səmimi şəkildə danışıqlar aparmamasıdır.
Hacı-Babai bildirib ki, İran ABŞ-lə qarşılıqlı anlaşmaya nail ola bilməyəcək.
İranlı siyasətçi konstruktiv nəticələr əldə etmək üçün Tehranın dialoqu yalnız güc mövqeyindən aparmalı olduğunu vurğulayıb. Onun fikrincə, əks halda ABŞ administrasiyası İranla bağlı mövcud siyasətini davam etdirəcək.
23:36 04.10.2026
Oxunuş sayı: 40