ABŞ Rusiya-Ukrayna danışıqları təklif edib
ABŞ Rusiya və Ukrayna arasında texniki səviyyədə yeni danışıqların oktyabrın sonunda keçirilməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə açıqlama verib.
Zelenskinin sözlərinə görə, görüş Birləşmiş Ərəb Əmirliklərində və ya Vaşinqtonun təklif edəcəyi başqa ölkədə keçirilə bilər.
Ukrayna bu formatda danışıqların keçirilməsinə razıdır və Moskvanın cavabını gözləyir.
23:23 04.10.2026
Oxunuş sayı: 40