Ferstappen Malayziyada qalib gəldi: mövsümdə ilk
“Red Bull” komandasının pilotu Maks Ferstappen Malayziyanın “Sepanq” avtodromunda keçirilən Formula 1 yarışının qalibi olub.
Crossmedia.az xəbər verir ki, yarış güclü yağış səbəbindən təxminən 1 saat 40 dəqiqə gecikmə ilə başlayıb.
29 yaşlı niderlandlı pilot üçün bu qələbə cari mövsümdə ilk, karyerasında isə növbəti uğur olub. Dördqat dünya çempionu yarışı birinci tamamlayıb.
“Mercedes” pilotu Andrea Kimi Antonelli ikinci, “Ferrari”nin sürücüsü Lüis Hemilton isə üçüncü yeri tutub.
Digər “Mercedes” pilotu Corc Rassell 50-ci dövrəyədək üçüncü pillədə olub. Lakin mühərrikində yaranan problem səbəbindən yarışı başa vura bilməyib.
20:40 04.10.2026
Oxunuş sayı: 56