İran raketlərin məsafəsini artırmağa hazırlaşır
İran ordusunun nümayəndəsi, briqada generalı Məhəmməd Əkrəmniya ABŞ və İsraillə son müharibədən sonra raketlərin uçuş məsafəsinin və dəqiqliyinin artırılmasının zəruri olduğu qənaətinə gəldiklərini bildirib.
Crossmedia.az xəbər verir ki, “Fars” agentliyi bu barədə məlumat yayıb.
Əkrəmniya qeyd edib ki, İran son müharibədən müxtəlif nəticələr çıxarıb. Onun sözlərinə görə, hazırda “qarşı tərəf” İrandan təxminən 1 000 kilometr məsafədə yerləşir.
General bildirib ki, müharibə zamanı raketlərin uçuş məsafəsinin və hədəfi dəqiq vurma qabiliyyətinin artırılmasına ehtiyac olduğu müəyyənləşib.
“Hazırda bu istiqamətdə irəliləyirik. Məsafənin və zərbələrin dəqiqliyinin artırılması istiqamətində çox yaxşı iş görülüb. Gələcəkdə silahlanmaya qəbul ediləcək raketlər daha geniş imkanlara malik olacaq”, – Əkrəmniya deyib.
22:55 04.10.2026
Oxunuş sayı: 44