Latviyada seçki nəticəsi: Baş nazirin partiyası böyük üstünlüklə qalib gəldi
Latviyanın Baş naziri Andris Kulberqin rəhbərlik etdiyi “United List” parlament seçkilərində böyük üstünlüklə qalib gəlib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Səslərin 99,9 faizindən çoxunun hesablanmasından sonra “United List” 35,4 faiz səslə birinci olub və 100 yerlik parlamentdə 42 mandat qazanıb. Bu nəticə Latviyanın müstəqilliyini bərpa etməsindən sonra bir siyasi qüvvənin əldə etdiyi ən yüksək nəticə kimi qiymətləndirilir.
Andris Kulberg may ayında baş nazir vəzifəsinə gəlib. Seçkidən sonra onun rəhbərlik etdiyi siyasi qüvvənin Ukraynaya dəstəyi davam etdirən koalisiya hökuməti formalaşdırmaq üçün danışıqlara başlaması gözlənilir.
Qeyd edək ki, Latviyada parlament 100 deputatdan ibarətdir və hökumətin formalaşdırılması üçün koalisiya danışıqları aparılmalıdır.
19:10 04.10.2026
Oxunuş sayı: 49