Rusiyada müharibədə ölən hərbçilərin ailələrinə ödənişlər azaldılır
Rusiyanın bir sıra regionlarında Ukraynadakı müharibədə həlak olan hərbçilərin ailələrinə verilən birdəfəlik ödənişlərin məbləğinin azaldıldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.
Məlumata görə, Saratov vilayətində ödənişin 1 milyon rubldan 100 min rubla, Başqırdıstanda 2 milyon rubldan 100 min rubla, Ulyanovsk vilayətində isə 1 milyon rubldan 50 min rubla endirilməsi nəzərdə tutulur.
Omsk vilayətində ödənişin 1 milyon rubldan 500 min rubla, Kemerovo vilayətində isə 3 milyon rubldan 1 milyon rubla qədər azaldıldığı bildirilir.
Bu dəyişikliklər Rusiyada hərbi xərclərin artdığı və regionların büdcə imkanlarının məhdudlaşdığı dövrdə baş verir. Bununla yanaşı, Rusiya Prezidenti Vladimir Putinin 2026-cı ilin mayında imzaladığı fərmanla müharibədə iştirak edən hərbçilər və onların ailələri üçün regionlarda vahid baza sosial dəstək tədbirlərinin tətbiqi nəzərdə tutulub.
21:52 04.10.2026
Oxunuş sayı: 44