Zelenski: Starlink üçün Tramp lazımdır
Ukrayna Prezidenti Volodimir Zelenski Starlink-dən Ukraynanın istifadəsinin genişləndirilməsi ilə bağlı Elon Maskın razılığının alınmasında yalnız ABŞ Prezidenti Donald Trampın kömək edə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “The Atlantic” bu barədə məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Kiyev və Vaşinqton arasında əməkdaşlıq sürətlənir, lakin bəzi məsələlərin həlli ABŞ prezidentinin iştirakı olmadan mümkün deyil.
“Fikrimcə, bu gün elə bir vəziyyətdir ki, bu məsələni yalnız Prezident Tramp həll edə bilər”, – Zelenski bildirib.
22:28 04.10.2026
Oxunuş sayı: 48