Rusiya kosmonavtı ISS-in komandiri oldu
Rusiyalı kosmonavt Pyotr Dubrov Beynəlxalq Kosmik Stansiyanın (ISS) komandiri vəzifəsinə keçib.
Crossmedia.az xəbər verir ki, o, bu vəzifədə amerikalı astronavt Cessika Meyri əvəz edib.
Komandanlığın təhvil-təslimi zamanı Cessika Meyr stansiyanın simvolik açarını Pyotr Dubrov-a təqdim edib.
Dubrov bundan sonra ISS-də ekipajın fəaliyyətinə rəhbərlik edəcək.
21:34 04.10.2026
Oxunuş sayı: 48