Yəmən hökuməti husilərə qarşı genişmiqyaslı əməliyyata başladı
Yəmən Prezident Administrasiyasının rəhbəri Rəşad Əl-Əlimi husilərin nəzarətində olan ərazilərin geri qaytarılması məqsədilə hərbi əməliyyatların başladığını elan edib.
Crossmedia.az xəbər verir ki, Yəmən Prezident Administrasiyası bu barədə məlumat yayıb.
Əl-Əlimi bildirib ki, əməliyyatların məqsədi ölkənin qalan ərazilərində dövlət hakimiyyətini və dövlət institutlarının fəaliyyətini bərpa etməkdir.
O, silahlı qüvvələrə, təhlükəsizlik xidmətlərinə və bütün hərbi birləşmələrə təsdiqlənmiş plan əsasında tapşırıqları yerinə yetirməyə başlamaq barədə göstəriş verib.
22:08 04.10.2026
Oxunuş sayı: 45