Qrossi: MAQATE-nin İran obyektlərinə çıxışı ABŞ–İran danışıqlarından asılıdır
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İranın nüvə obyektlərinə çıxışı ABŞ və İran arasında aparılan danışıqların gedişindən asılıdır.
Crossmedia.az xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi RIA Novosti agentliyinə müsahibəsində deyib.
Qrossinin sözlərinə görə, indiyədək agentlik İranın nüvə obyektlərinə çıxış əldə edə bilməyib. O bildirib ki, bu məsələ müəyyən mənada ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu ilə bağlı davam edən danışıqlardan asılı vəziyyətə düşüb.
MAQATE rəhbəri vurğulayıb ki, nüvə materialları ilə bağlı bütün məsələlər agentlik tərəfindən araşdırılacaq və nəzarətdə saxlanılacaq.
Qrossi həmçinin qeyd edib ki, bir neçə həftə əvvəl İsveçrədə başlayan danışıqların daha sürətlə irəliləyəcəyinə ümid edir.
"Ümid edirəm ki, bu proses çox vaxt aparmayacaq. Formal baxımdan bizim həmin obyektlərə çıxışımız artıq indi təmin edilməlidir", – deyə o əlavə edib.
17:16 04.07.2026
Oxunuş sayı: 64