Trampın kriptovalyuta gəlirləri 2025-ci ildə 500 milyon dolları keçib
Trampın kriptovalyuta gəlirləri 2025-ci ildə 500 milyon dolları keçib
ABŞ Prezidenti Donald Trampın 2025-ci ildə kriptovalyuta sahəsindən əldə etdiyi gəlirlər 500 milyon dolları ötüb.
Crossmedia.az xəbər verir ki, bu barədə CNBC prezidentin illik maliyyə bəyannaməsinə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp təxminən 515 milyon dolları World Liberty Financial şirkətinin tokenlərinin satışından əldə edib, həmçinin WLF holdinq şirkətinin səhmlərinin satışından 65 milyon dollar qazanıb.
Bundan əlavə, Reuters yazır ki, ABŞ prezidenti özünün TRUMP adlı memkoininin satışından 635 milyon dollar gəlir əldə edib.
11:04 01.07.2026
Oxunuş sayı: 43