Latviya ərazisində nüvə silahları yerləşdirilə bilər
Latviya NATO-nun belə bir qərar qəbul etməsi və zərurət yaranacağı təqdirdə ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə hazırdır.
Crossmedia.az xəbər verir ki, “Delfi” bu barədə məlumat yayıb.
Latviya Prezidenti Edqars Rinkeviçs bildirib ki, NATO tərəfindən kollektiv qərar qəbul edilərsə və buna ehtiyac yaranarsa, nüvə silahları Latviyada yerləşdirilə bilər.
Onun sözlərinə görə, Latviya Konstitusiyasında ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsini birbaşa qadağan edən müddəa yoxdur.
Rinkeviçs bununla belə, hazırda Latviyada nüvə silahlarının yerləşdirilməsi ilə bağlı konkret danışıqların aparılmadığını vurğulayıb.
Qeyd edək ki, NATO-nun baş katibi Mark Rutte Baltikyanı ölkələrə mümkün nüvə zərbəsi ilə bağlı açıqlamasında belə bir təhlükəni ciddi qəbul etmədiyini bildirib.
22:40 30.09.2026
Oxunuş sayı: 47