Ukraynada təxirəsalınmaz xərclərdən başqa ödənişlər dayandırılıb
Ukrayna hökuməti ölkədəki maliyyə vəziyyəti ilə əlaqədar maksimum qənaət rejiminə keçib.
Crossmedia.az xəbər verir ki, Ukraynanın Baş naziri Sergey Koretski bu barədə “Telegram” kanalında məlumat yayıb.
Baş nazir bildirib ki, hökumət maksimum qənaət rejiminə keçib və təxirəsalınmaz olmayan bütün xərcləri təxirə salıb.
Onun sözlərinə görə, görülən tədbirlər kifayət deyil və Ukraynanın beynəlxalq tərəfdaşlardan maliyyə vəsaiti alması kritik əhəmiyyət daşıyır.
Koretski qeyd edib ki, Kiyevin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi Qərbdən maliyyələşmənin davam etməsindən birbaşa asılıdır. O bildirib ki, hər hansı gecikmənin “çox yüksək qiyməti” var və bu, ölkənin Rusiyaya qarşı müqavimət imkanlarına təsir edir.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Ali Radasının Maliyyə Komitəsinin sədri Daniil Getmantsev sosial proqramların və biznesə dəstəyin maliyyələşdirilməsi üçün vəsait çatışmazlığı olduğunu bildirib.
22:55 30.09.2026
Oxunuş sayı: 46