Makron 2032-ci ildə yenidən prezident ola bilər?
Fransa Prezidenti Emmanuel Makronun 2032-ci ildə üçüncü dəfə prezident seçilməsinin mümkün olub-olmayacağı ilə bağlı müzakirələr davam edir.
Crossmedia.az xəbər verir ki, “Argumenti Faktı” nəşri bu barədə məlumat yayıb.
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin müavini Vladimir Cabarov bildirib ki, Makronun üçüncü müddətə seçilmək cəhdi Fransada ciddi etirazlara səbəb ola bilər.
Onun sözlərinə görə, Makronun yenidən seçilməsinin qarşısını alan hüquqi məhdudiyyətlər mövcuddur və Fransada bu məsələyə kifayət qədər sərt yanaşılır.
Cabarov Makronun hakimiyyətdə qalmaq istədiyini iddia edib. Onun sözlərinə görə, Fransa lideri beynəlxalq arenada siyasi mövqeyini qorumağa və gələcəkdə Avropa İttifaqında rəhbər vəzifələrdən birini tutmağa çalışa bilər.
Senator həmçinin Makronun prezidentliyi dövründə ölkədə vəziyyətin pisləşdiyini və onun siyasi nüfuzunu itirdiyini iddia edib.
Qeyd edək ki, bundan əvvəl Makronun reytinqinin 18 faizə düşərək rekord aşağı səviyyəyə çatdığı bildirilmişdi. Fransa Prezidenti isə üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürə biləcəyini istisna etməyib.
21:08 30.09.2026
Oxunuş sayı: 44