Britaniya RAF Fairford hadisəsində İran izlərini araşdırır
Britaniya hökuməti İngiltərədəki RAF Fairford aviabazası yaxınlığında baş verən və beş nəfərin saxlanılması ilə nəticələnən hadisədə İranın rolunun olduğuna dair ciddi göstəricilərin mövcud olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, BBC bu barədə məlumat yayıb.
Britaniyanın Baş naziri Endi Börnham bildirib ki, hadisə ilə bağlı araşdırma davam edir və Londonun İranın prosesdə rol oynadığına dair “güclü göstəriciləri” var. O, bununla bağlı əlavə təfərrüat açıqlamayıb. İran isə hadisəyə hər hansı aidiyyəti olduğunu qəti şəkildə rədd edib.
Hadisə ilə əlaqədar beş britaniyalı kişi saxlanılıb. Onlar partlayıcı maddələrlə bağlı qanunvericiliyi pozmaq və terror aktının hazırlanmasında şübhəli biliniblər. Daha sonra şəxslər zaminə buraxılıb və istintaqın davam etdiyi bildirilib. Polis onların avtomobillərində partlayıcı qurğu deyil, müəyyən miqdarda yanacaq aşkarlandığını açıqlayıb.
Börnham şübhəlilərin zaminə buraxılması ilə bağlı tənqidlərə də münasibət bildirib. O vurğulayıb ki, şəxslər “mümkün olan ən sərt zaminlik şərtləri” ilə azad ediliblər və Britaniya hakimiyyəti vəziyyətə ciddi nəzarət edir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp şübhəlilərin zaminə buraxılmasını təəccüblə qarşıladığını bildirib. ABŞ Dövlət katibi Marko Rubio isə hadisədə xarici qüvvənin iştirak etdiyinə dair açıq əlamətlərin olduğunu söyləyib.
Hadisə ilə bağlı araşdırmanın davam etdiyi və Britaniya ilə AB
21:56 30.09.2026
Oxunuş sayı: 44