Ronaldodan milli komandada ayrılıq qərarı
Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo komandanın düşərgəsini tərk etmək qərarına gəlib.
Crossmedia.az xəbər verir ki, 41 yaşlı futbolçu sosial media hesabında açıqlama yayaraq qərarını milli komandanın baş məşqçisi ilə bağlı keçirilən mətbuat konfransından və Portuqaliya Futbol Federasiyasının prezidenti ilə görüşündən sonra verdiyini bildirib.
Ronaldo milli komandadan ayrılmasının səbəblərini zamanı gəldikdə Portuqaliya ictimaiyyətinə açıqlayacağını qeyd edib.
“İndi Portuqaliyaya və bütün komanda yoldaşlarıma uğurlar arzulamaq vaxtıdır”, – deyə futbolçu bildirib.
Baş məşqçi Jorje Jesus UEFA Millətlər Liqasında Norveçlə keçirilən və Portuqaliyanın 2:1 hesablı qələbəsi ilə başa çatan oyunda Ronaldoya şans verməyib. Qarşılaşmadan sonra futbolçunun birbaşa paltardəyişmə otağına getdiyi bildirilib.
Jesus Danimarka ilə keçiriləcək növbəti matç öncəsi mətbuat konfransında Ronaldoya bu görüşdə də oynamayacağını bildirdiyini açıqlayıb.
Baş məşqçi son üç məşqdə iştirak etməyən Ronaldo ilə söhbəti barədə danışarkən qərarını heç bir futbolçunun, hətta federasiya prezidentinin belə dəyişdirə bilməyəcəyini vurğulayıb.
03:51 01.10.2026
Oxunuş sayı: 46