Kiyevdə güclü partlayış səsləri eşidildi
Sentyabrın 30-da axşam saatlarında Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilib.
Crossmedia.az xəbər verir ki, “Strana” Telegram kanalı bu barədə məlumat yayıb.
Məlumata görə, partlayış səsləri şəhərdə axşam saatlarında eşidilib. Hadisənin baş verdiyi ərazi və partlayışların dəqiq sayı barədə məlumat verilməyib.
Hazırda partlayışlar nəticəsində hər hansı infrastruktur obyektinin zərər görüb-görmədiyi dəqiqləşdirilməyib.
Hadisənin səbəbləri, mümkün dağıntılar və xəsarət alanlarla bağlı əlavə məlumat açıqlanmayıb.
21:49 30.09.2026
Oxunuş sayı: 45