İndoneziyada zəlzələ baş verdi
İndoneziyada 5 maqnitudalı güclü zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, yeraltı təkanlar sentyabrın 30-da yerli vaxtla saat 18:58-də qeydə alınıb.
Zəlzələnin episentri Timor adasının qərbində, Kupang şəhərindən 24 kilometr şimalda yerləşib. Ocaq 10 kilometr dərinlikdə olub.
Təbii fəlakət nəticəsində xəsarət alanlarla bağlı hər hansı məlumat daxil olmayıb.
Qeyd edək ki, daha əvvəl Yaponiyanın Yonaguni adası yaxınlığında da zəlzələ baş verib. Seysmoloqlar həmin zəlzələnin maqnitudasını 5,6 qiymətləndiriblər. Bu gücdə yeraltı təkanlar orta səviyyəli dağıntılara səbəb ola bilər.
21:18 30.09.2026
Oxunuş sayı: 43