Ağ Evdə Tramp üçün xüsusi dua mərasimi keçirildi
Ağ Evdə Latın Amerikası irs ayına həsr olunmuş tədbirdə ABŞ Prezidenti Donald Tramp üçün dua edilib.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Tədbir iştirakçıları Tramp üçün dua etməklə yanaşı, Tanrıdan ABŞ liderinə daha böyük müdriklik bəxş etməsini istəyiblər. Çıxış edənlərdən biri Trampa görə Allaha təşəkkür edib və İsa Məsihin adı ilə dua edib.
Dua zamanı Ağ Evin rəhbəri tədbir iştirakçılarının yanında dayanıb, gözlərini yumaraq başını aşağı əyib.
Qeyd edək ki, bundan əvvəl “The Atlantic” Trampın Rusiya ilə bağlı ABŞ sanksiyalarının yumşaldılmasını nəzərdə tutan təşəbbüsü dəstəklədiyini yazıb. Nəşrin məlumatına görə, Trampın nümayəndəsi Con Koul bir neçə ay əvvəl Vaşinqtonla Moskva arasındakı münasibətlərdə yaranmış dalandan çıxış yolu ilə bağlı yeni təklif irəli sürüb.
Bundan əvvəl Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığını müsbət qiymətləndirərək razılaşma əldə etmək istədiyini bildirib. ABŞ Prezidenti Putin və Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinə ümid etdiyini də açıqlayıb.
23:48 30.09.2026
Oxunuş sayı: 42