Litva ruslar və belaruslar üçün giriş qaydalarını sərtləşdirir
Litva hökuməti rusiyalı və belaruslu vətəndaşlar üçün ölkəyə giriş məhdudiyyətlərinin genişləndirilməsini nəzərdə tutan qanun dəyişikliklərini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, “Sputnik Litva” bu barədə məlumat yayıb.
Dəyişikliklər Xarici İşlər Nazirliyinin təklifi əsasında milli sanksiyalar haqqında qanuna hazırlanmış əlavələri nəzərdə tutur.
Təklifə əsasən, Litva Rusiyanın və Belarusun fiziki və hüquqi şəxsləri, eləcə də təhsil, elm, mədəniyyət, idman, incəsənət və əyləncə sahələrində ictimai fəaliyyətlə məşğul olmaq niyyətində olan təşkilatların nümayəndələri üçün ölkəyə giriş qaydalarını sərtləşdirəcək.
Məhdudiyyətlər yalnız Moskvanın Kiyevə qarşı həyata keçirdiyi siyasəti dəstəkləyən şəxslərə şamil olunacaq.
21:43 30.09.2026
Oxunuş sayı: 48