Rusiya XİN-dən Avropaya xəbərdarlıq edildi
Avropanın Rusiyaya hücumu qısamüddətli münaqişə ilə nəticələnəcək.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Avropa ölkələrinə təhdid etmir və belə bir niyyəti yoxdur.
Diplomat Rusiya Prezidenti Vladimir Putinin də ölkəsinin Avropa dövlətlərinə qarşı təhdid yaratmadığını açıqladığını xatırladıb. Bununla yanaşı, o, Rusiyanın istənilən təcavüzün qarşısını almaq və təcavüzkarı məğlub etmək üçün bütün imkanlara malik olduğunu bildirib.
“Əgər Avropa Rusiyaya hücum edərsə, bu, tamamilə başqa bir müharibə olacaq – çox qısa sürəcək”, – Zaxarova bildirib.
Qeyd edək ki, Zaxarova daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski və onun ətrafındakı şəxslərin BMT-nin mənzil-qərargahında bir-birləri ilə rus dilində danışdıqlarını bildirmişdi.
23:57 30.09.2026
Oxunuş sayı: 42