Ərdoğan: “Konya stadionunda Fələstin üçün birlik mesajı verildi”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konya şəhərində Konyaspor ilə Fələstin Milli Futbol Komandası arasında keçirilən dostluq oyunu ilə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Ərdoğan bildirib ki, 42 min nəfərlik stadionda keçirilən qarşılaşma Türkiyə ilə Fələstin arasındakı qardaşlıq, həmrəylik və birlik nümunəsi olub.
Türkiyə prezidenti Fələstinli futbolçulara və Fələstin xalqına salamlarını çatdıraraq, stadionu dolduran Konyalı azarkeşlərə təşəkkür edib.
O, Konyadakı matçın Fələstin məsələsinə diqqət çəkdiyini və Qəzzada yaşanan faciənin dünya ictimaiyyətinə bir daha xatırladıldığını qeyd edib.
Ərdoğan vurğulayıb ki, Türkiyə Fələstin və Qəzzadakı insanlarla həmrəyliyini davam etdirəcək və onların hüquqlarını beynəlxalq platformalarda müdafiə etməyi sürdərəcək.
01:44 01.10.2026
Oxunuş sayı: 46