Azərbaycanın Türkmənistana hədiyyə etdiyi tanker Türkmənbaşı limanında təntənə ilə qarşılanıb
Azərbaycanın Türkmənistana hədiyyə etdiyi "Dostluq" tankeri Dostluq tankeri Beynəlxalq Türkmənbaşı Beynəlxalq Dəniz Limanına çatıb.
Crossmedia.az xəbər verir ki, tankerin və ekipajının qarşılanması münasibətilə limanda təntənəli mərasim təşkil olunub. Mərasimdə liman rəhbərliyi, rəsmi şəxslər, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbir çərçivəsində türkmən yaradıcı kollektivləri və rəqs ansamblları konsert proqramı ilə çıxış ediblər. Eyni zamanda, gəminin ekipajı milli musiqi və ənənəvi türkmən təamları ilə qarşılanıb.
Qeyd edək ki, "Dostluq" tankeri Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilib.
10:36 29.06.2026
Oxunuş sayı: 57