Əfqanıstanda 6,1 bal gücündə güclü zəlzələ baş verdi
Əfqanıstanda 6,1 bal gücündə güclü zəlzələ qeydə alınıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yeraltı təkanların episentri Kələfqan yaşayış məntəqəsindən təxminən 80 kilometr məsafədə yerləşib.
Hadisə şahidlərinin məlumatına görə, yeraltı təkanlar təxminən bir dəqiqə ərzində hiss olunub.
Zəlzələ yalnız Əfqanıstanda deyil, həm də qonşu ölkələrdə — Pakistan, Tacikistan və Özbəkistanda da əhali tərəfindən hiss edilib.
20:40 27.06.2026
Oxunuş sayı: 65