Azərbaycan ərazisinin bəzi yerlərində yağıntı intensiv və güclüdür - FAKTİKİ HAVA
Azərbaycan ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntı intensiv və güclüdür.
Crossmedia.az Milli Hidrometeorologiya Xidmətinin Mətbuat Xidmətinin iyunun 27-si saat 15:00-a olan məlumatına istinadən xəbər verir.
Bildirilib ki, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gəncə, Goranboy, Naftalan, Gədəbəy, Daşkəsən, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Kəlbəcər, Qusar, Şahdağ, Tərtər, İmişli, Kürdəmir, Sabirabad, Neftçalada arabir şimşək çaxır, yağış yağır.
15:48 27.06.2026
Oxunuş sayı: 47