ABŞ-də “Epşteyn bombası”: Gizli sənədlər açıqlana bilər
ABŞ-də “Epşteyn sənədləri” ətrafında qalmaqal daha da böyüyür. Federal məhkəmə faktiki olaraq ABŞ baş prokurorunun səlahiyyətlərini icra edən Todd Blanşın iş üzrə materialların dərcinə dair qanunun pozulması ilə bağlı ittihamları təkzib edə bilmədiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hakim ABŞ Ədliyyə Nazirliyinə əvvəllər sənədlərdə edilmiş senzura xarakterli redaktələrin bir hissəsini ləğv etməyi və ya onların niyə zəruri olduğunu ətraflı izah etməyi tapşırıb. Nazirliyə bunun üçün iyulun 2-dək vaxt verilib.
Məlumata görə, məsələ getdikcə daha çox siyasi xarakter alır. Donald Tramp administrasiyası əvvəllər iş üzrə tam şəffaflıq vəd etsə də, hazırda məhz Ədliyyə Nazirliyi sənədlərin tam açıqlanmamasına görə məhkəmə təzyiqi ilə üzləşib. İddialara görə, sənədlər əvvəlki məhdudiyyətlər olmadan dərc edilərsə, bu, Vaşinqtonda yeni siyasi qalmaqallara səbəb ola bilər.
13:55 27.06.2026
Oxunuş sayı: 54