“Mekhala” tayfunu Asiyanı iflic etdi
Asiyada təsirini göstərən “Mekhala” tayfunu Tayvan və Yaponiyada genişmiqyaslı daşqınlara səbəb olub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Tayvanın cənub bölgələrində güclü yağışlar nəticəsində küçələr və yaşayış evlərinin birinci mərtəbələri su altında qalıb, avtomobil və dəmir yolu nəqliyyatının hərəkəti iflic olub. Hakimiyyət orqanları məktəblərin və dövlət müəssisələrinin fəaliyyətini müvəqqəti dayandırıb. Sinoptiklər yağıntıların gələn həftəyədək davam edəcəyini proqnozlaşdırırlar.
Yaponiyada isə leysan yağışları nəticəsində Kiotoda Kamo çayı məcrasından çıxıb. Binaların su altında qaldığı bildirilir. Yerli hakimiyyət orqanları ən yüksək səviyyəli fövqəladə vəziyyət rejimi elan edib və təxliyə mərkəzləri açıb. Meteoroloqlar ölkənin qərb bölgələrində torpaq sürüşməsi və iri daşqınlar təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq ediblər.
13:45 27.06.2026
Oxunuş sayı: 56