Beyrutda əsas magistrallar bağlanıb
Livanda Hizbullah tərəfdarları ölkə ilə İsrail arasında əldə olunan razılaşmaya etiraz olaraq Beyrutda gecə saatlarında aksiyalar keçiriblər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, etirazçılar paytaxtdakı əsas hökumət kompleksinə gedən yolları, həmçinin Beyrut Beynəlxalq Hava Limanına və şəhərin digər hissələrinə aparan əsas magistralları bağlayıblar.
Məlumata görə, Livanın təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətdə saxlamaq üçün əlavə tədbirlər görür. Etirazların miqyası, mümkün qarşıdurmalar və saxlanılan şəxslərlə bağlı isə hələlik rəsmi məlumat açıqlanmayıb.
13:17 27.06.2026
Oxunuş sayı: 56